Birgə oğurladıqları əşyaları bölə bilmədilər - İkisi də həbs edildi
- 26.01.2026, 15:00,
- Xəbər / Kriminal
Baxılıb: 4
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəzər rayonunda maraqlı oğurluq hadisəsi baş verib.“Qanunyolutv.az” xəbər verir ki, rayon sakini 46 yaşlı Samil Mahmudov polisə müraciət edərək yaşadığı evdən ümumi dəyəri 7 000 manat olan müxtəlif məişət əşyalarının oğurlandığını bildirib.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Razi Məlikov saxlanılıb.
Araşdırmalar zamanı Razi Məlikovun ötən ilin noyabr ayında Samil Mahmudovla birgə Binə qəsəbəsində obyektlərin birindən məişət və elektronika avadanlıqları oğurladıqları məlum olub. Lakin Razi Məlikov oğurlanan əşyaların satılmasından əldə edilən pulun bölgüsünün düzgün olmadığını əsas gətirərək qisas almaq məqsədilə Samil Mahmudova məxsus evdən oğurluq etdiyini bildirib.Hər iki şəxs saxlanılaraq istintaqa təqdim edilib. Araşdırma aparılır.