İradə Xəlilova məhkəməyə gəlmədi - Qızının qızıllarını ələ keçirənə hökm oxundu

  • 11.12.2025, 14:30,
  • Xəbər
  • Baxılıb: 9
İradə Xəlilova məhkəməyə gəlmədi - Qızının qızıllarını ələ keçirənə hökm oxundu

Xəzər Universitetinin sabiq rektoru İradə Xəlilovanın qızının 57 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Mikayıl Əliyevin məhkəmə araşdırması başa çatıb.

“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mikayıl Əliyev 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Mikayıl Əliyevin cinayət məsuliyyətinə cəlb edilməsi üçün ilkin ərizə sabiq rektor İradə Xəlilova tərəfindən verilsə də, o, məhkəmə iclaslarına gəlməyib. Hakim Aygün Qurbanova tərəflərin razılığı ilə onun polis idarəsində müstəntiqə verdiyi ifadəsini elan edib.

Qeyd edək ki, zərərçəkmiş Aygün Xəlilova ilə Mikayılın yaxın tanışlıq münasibəti olub. Aygün onun bir sıra şəxslərə borclu olduğuna və borcu ödəmədiyi təqdirdə həbs olunacağına inanıb. Bu səbəbdən qaytarmaq şərti ilə ümumilikdə 57 min 600 manat dəyərində qızıl-zinət əşyalarını-o cümlədən 30 min manatlıq “Van Cleef & Arpels” markalı bir cüt sırğanı və digər qızılları lombarda qoyaraq pul götürməsi üçün ona verib. Lakin Əliyev Mikayıl həmin qızılları geri qaytarmayaraq rektorun qızına qarşı dələduzluq edib. Aygün Xəlilova və anası İradə Xəlilovanın şikayətindən sonra Mikayıl Əliyev həbs edilib.

Fotoda: İradə Xəlilova
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter