Yeni icra başçısı köməkçisini işdən çıxardı - Kürdəmirdəkini gətirdi - Yenilənib
- 25.11.2025, 11:00,
- Xəbər / Sosial
Baxılıb: 11
Facebook
Вконтакте
Одноклассники
Google+
Nəsimi Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.“Qanunyolutv.az”, “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı
Elxan İbrahimov Əmr imzalayıb.
Əmrə əsasən, başçının köməkçisi Elbrus Məmmədov vəzifəsindən azad edilib.
Xatırladaq ki, noyabrın 12-si Prezident İlham Əliyevin Sərəncamı ilə Elxan İbrahimov Nəsimi rayonunun icra başçısı təyin olunub.
****
İqtisadiyyat.az-ın məlumatına görə, müvafiq Əmrlə Elxan Qarahmədov da baş mütəxəssis - sürücü vəzifəsindən azad olunub.Elxan İbrahimovun digər Əmri ilə isə
Ceyhun İsmayılov icra başçısının köməkçisi təyin edilib.
Ceyhun İsmayılov bundan əvvəl də Elxan İbrahimovun Kürdəmir Rayon İcra Hakimiyyətində köməkçisi olub.