BAAU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru o oldu
- 08.10.2024, 20:30,
- Xəbər / Sosial / Təhsil
Baxılıb: 14
Facebook
Вконтакте
Одноклассники
Google+
Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Sevda Ramiz qızı Rzayeva Bakı Avrasiya Universiteti rektorunun əmri ilə BAAU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru vəzifəsinə təyin edilib.“Qanunyolutv.az” xəbər verir ki, Sevda Rzayeva yeni təyinatadək BAAU-da Tərcümə kafedrasının müdiri vəzifəsində çalışıb.
Sevda Rzayeva 1994-1998-ci illərdə Ali Diplomatiya Kollecinin Beynəlxalq münasibətlər fakültəsində bakalavriat, 1999-2001-ci illərdə Bakı Avrasiya Universitetinin Dilşünaslıq ixtisası üzrə magistr dərəcəsini alıb.
2001-ci ildə Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik institutunun dissertanturasına qəbul olub. 2007-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə
“Dosent” elmi adına layiq görülüb. 2022-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Fəxri fərman” ilə təltif edilib.
Təhsil sektorunda 27 ilə qədər iş təcrübəsi var. 1998-ci ildən universitetdə müxtəlif vəzifələrdə çalışıb.
30-dan çox məqalənin, monoqrafiya, müxtəlif metodik vəsaitlər, fənn proqramlarının müəllifidir. Bir sıra beynəlxalq təlim, konfrans, simpozium, seminar iştiraksıdır.
