Lamiyədən növbəti medal! - Yenilənib

Lamiyədən növbəti medal! - Yenilənib

Bu gün Paris-2024 Yay Paralimpiya Oyunlarında onuncu yarış günüdür.

“Qanunyolutv.az” xəbər verir ki, Azərbaycanın 6 təmsilçisi turnirdə çıxış edəcək.

Paraatletçilərdən Lamiyə Vəliyeva, Orxan Aslanov, paracüdoçulardan Xatirə İsmiyeva, Dürsədəf Kərimova və İlham Zəkiyev, paraüzgüçü Raman Saley uğur qazanmağa çalışacaqlar.
****

Azərbaycan paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) “Paris-2024” Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.

O, 400 metr məsafəyə qaçışda finiş xəttini ikinci keçərək gümüş medala sahib çıxıb.

Bununla da Azərbaycan paralimpiyaçılarının Parisdə qazandığı medalların sayı səkkizə (3 qızıl, 2 gümüş və 3 bürünc) çatıb.
Qeyd edək ki, L.Vəliyeva 100 metr məsafəyə qaçışda Paralimpiya çempionu olub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter