Mehriban Əliyeva Lamiyəni təbrik etdi - Fotolar
- 03.09.2024, 07:30,
- Xəbər / Sosial / İdman
Baxılıb: 7
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva paraatlet Lamiyə Vəliyevanı “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edib.“Qanunyolutv.az” xəbər verir ki, o, bu haqda instaqram hesabında yazıb.
“Ura! Növbəti qələbəmiz!
Dördqat dünya çempionu Lamiyə Vəliyeva “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazandı! İdmançımızı səmimi-qəlbdən təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərə təşəkkürümü bildirirəm”, - paylaşımda qeyd olunub.