Zelim Kotsoyev ÇEMPİON OLDU! - Yenilənib+Video

Zelim Kotsoyev ÇEMPİON OLDU! - Yenilənib+Video

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Paris-2024 Yay Olimpiya Oyunlarında 1/8 final görüşünə çıxıb.

“Qanunyolutv.az” xəbər verir ki, burada polşalı Pyotr Kuçera ilə qarşılaşıb.

İdmançımız bu görüşdə ipponla qalib gələrək 1/ 4 finala adlayıb.
****

İdmançımızın 1/4 finaldakı rəqibi israilli Peter Palçik olub.

Zelim Kotsoyev Peter Palçikə qalib gələrək yarımfinala çıxıb.
****

Cüdoçumuz yarımfinalda özbəkistanlı Muzaffarbek Turoboyevlə qarşılaşacaq. Bu qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
****

Zelim Kotsoyev yarımfinalda özbəkistanlı Muzaffarbek Turoboyevə qalib gələrək finala adlayıb. O, finalda gürcüstanlı İlia Sulamanidze ilə qarşılaşacaq.
****

Azərbaycanlı cüdoçu Zelim Kotsoyev finalda gürcüstanlı İlia Sulamanidzeyə qalib gələrək, ölkəmizə ikinci qızıl medalı qazandırır.


Təbrik edirik!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter