Ruhi Əliyeva “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı ilə təltif olundu - Fotolar+Video
- 07.03.2022, 14:00,
- Xəbər
Baxılıb: 39
Facebook
Вконтакте
Одноклассники
Google+
“Liatris Holding”in rəhbəri, tanınmış iş xanımı Ruhi Əliyeva növbəti dəfə mükafatlandırılıb. “Qanunyolu.info.az” News24.az-a istinadən xəbər verir ki, iş xanımının bu dəfə də 44 günlük Vətən Müharibəsində və müharibədən sonrakı dönəmlərdə şəhid və qazi ailələrinə göstərdiyi qayğı, diqqət, orduya verdiyi dəstək nümunələri nəzərə alınıb.
Ruhi Əliyeva Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı ilə təltif olunub.
“Liatris Holding”in rəhbəri, iş xanımı Ruhi Əliyeva təəssüratlarını bölüşüb:“Şəhid və qazi ailələri bizim baş tacımızdır. Onların yanında olmaq, dəstək nümayiş etdirmək, diqqətdə saxlamaq hər birimizin borcudur. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinə bu işdə dəstək nümayiş etdirən şəxslərə diqqət ayırdıqlarına və fəaliyyətimə verdikləri dəyərə görə təşəkkür edirəm”.