Ruhi Əliyevaya Avropa “Şərəf” ordeni verildi - Fotolar+Video

Ruhi Əliyevaya Avropa “Şərəf” ordeni verildi - Fotolar+Video

“Liatris Holding”in rəhbəri, iş xanımı Ruhi Əliyeva nüfuzlu mükafatlara layiq görülüb.

"Qanunyolu.info.az" News24.az-a istinadən xəbər verir ki, mükafatlandırma mərasimi “Liatris Holding”də baş tutub.

İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən “UN Council for Public Awards” (UNCOPA) təşkilatı 10 yanvar 2022-ci il, 146 saylı qərarla insanlığa, dünya mədəniyyətinə və iqtisadiyyatına xidmətlərinə görə Ruhi Əliyevanı Avropa “Şərəf” ordeni ilə təltif edib.
Ruhi Əliyevaya Avropa “Şərəf” ordeni verildi - Fotolar+Video

Həmçinin, Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası iş xanımı Ruhi Əliyevaya ötən ilin yekunlarına görə, “TÜRK DÜNYASINDA İLİN İŞ ADAMI” fəxri adını verərək “Altın Yıldız” medalına layiq görüb.

Mükafatları Ruhi Əliyevaya təqdim edən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının və İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən Birləşmiş Millətlər Sosial Təltiflər şurasının Azərbaycan təmsilçisi, professor Elçin İsgəndərzadə saytımıza açıqlamasında təəssüratlarını bölüşüb.
Ruhi Əliyevaya Avropa “Şərəf” ordeni verildi - Fotolar+Video

O, əvvəlcə təşkilat və fəaliyyəti barədə məlumat verib: “2009-cu ildən Azərbaycan İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən “UN Council for Public Awards” (UNCOPA) təşkilatının tamhüquqlu üzvlüyünə qəbul edilib.

BMT-nin üzvü olan 150-ə yaxın ölkə bu təşkilatda yer alır. Qurumun əsas məqsədi dünya insanlığına xidmət göstərən şəxslərin əməklərini dəyərləndirib, müxtəlif fəxri adlar, orden və medallarla təltif edərək dünya ölkələri arasında onların işlərini nümunə kimi təbliğ və təşviq etməkdir.
Ruhi Əliyevaya Avropa “Şərəf” ordeni verildi - Fotolar+Video

12 il ərzində həm ölkəmizdə, həm də ölkəmizin sərhədlərindən kənarda fəaliyyət göstərən 30 nəfər müxtəlif peşə sahibi olan azərbaycanlı – dövlət, elm, mədəniyyət, incəsənət, təhsil xadimləri, iş adamları və digərləri bu qurumun nominasiyaları üzrə qalibləri olub”.

Ruhi Əliyevaya Avropa “Şərəf” ordeni verildi - Fotolar+Video

Təbrik edirik!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter