Raketlərdən biri Mingəçevir İES-in qarşısına düşüb - Foto
- 04.10.2020, 00:40,
- Sosial / Xəbər
Baxılıb: 12
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi Ermənistan silahlı qüvvələri Mingəçevir şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket zərbələri ilə atəşə tutub. "Qanunyolu.info.az", "Qafqazinfo"-nun Baş Prokurorluğa istinadən məlumatına istinadən, atılmış 3 raketdən 2-si partlamayıb.
Partlamayan raketlərdən 1-i Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin qarşısına, digəri isə dinc sakinlərin yaşadıqları evin yaxınlığına düşüb. 3-cü raketin fərdi yaşayış evinə atılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, eyni zamanda evə külli miqdarda ziyan dəyib.