Qaradağ rayonunda ağacəkmə aksiyası keçirildi
- 05.11.2022, 18:30,
- Sosial / Xəbər
Baxılıb: 31
Facebook
Вконтакте
Одноклассники
Google+
Zəfər Günü münasibətilə Qaradağ rayonunda ağacəkmə aksiyası keçirilib. “Qanunyolutv.az” xəbər verir ki, aksiyada Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, Hüquq Mühafizə orqanları, rayon əhalisi iştirak edib.
İctimaiyyət nümayəndələri ümumilikdə 1200 ədəddən çox müxtəlif növ ağac əkiblər.
Daha sonra Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov və icra hakimiyyətinin məsul vəzifəli şəxsləri tərəfindən Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yerləşən yaşayış kompleksində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə şəhid ailələri və müharibə iştirakçılarına verilmiş mənzillərdə yaşayan Qaradağ rayonun şəhid ailələri ziyarət olunub. Görüşdə şəhid ailələrinə bayram sovqatı, uşaqlara isə hədiyyələr təqdim olunub.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə başçısı Ali Baş Komandan cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.
