Nəsimi rayonunda 8 noyabr-Zəfər günü münasibətilə keçirilən silsilə tədbirlərin davamı olaraq Rayon İcra Hakimiyyətinin, rayonun Hüquq Mühafizə orqanlarının, Rayon Bələdiyyəsinin, Vətən Müharibəsi qazilərinin, ağsaqqalların, veteranların, gənclərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Vətən Müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş Zəfər bağındakı şəhidlərin xatirə kompleksi ziyarət olunub.“Qanunyolutv.az” xəbər verir ki, tədbirdə ilk olaraq Vətən Müharibəsində həlak olan şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Sonra tədbir iştirakçıları xatirə kompleksinin önünə əklil və gül-çiçək dəstələri qoyaraq şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Tədbrin sonunda Ş.Ələkbərova adına 20 nömrəli Musiqi Məktəbinin xor dərnəyinin üzvlərinin ifasında “Ey Vətən” mahnısı ifa olunub.
Sonra tədbir iştirakçıları tərəfindən rayon ərazisində yerləşən “Zəfər bağı”nda ağacəkmə aksiyası keçirilib.
Aksiyada şəhidlərin xatirəsinə ağaclar əkilib, mövcud ağaclara və yaşıllıqlara qulluq göstərilib.
Tədbir “Romance Palace” sarayında davam etdirilib, rayon İcra Hakimiyyəti tərəfindən şəhidlərin xatirəsinə həsr edilmiş “Ölümsüzlər” adlı kitabın təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Nəsimi Rrayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, bu gün müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı.
İcra başçısı çıxışnda bildirib ki, vətən və xalqa xidmətin ən ali məqamına yüksələn Nəsimi rayon şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün təqdimatına toplaşdığımız “Ölümsüzlər” adlı bu kitab vətənimizin suverenliyi, ərazi bütövlüyü üçün keçdiyimiz yola işıq salacaq, gələcək nəsillərin Qarabağ həqiqətlərini daha yaxşı mənimsəmələri üçün əvəzsiz vətənpərvərlik mənbəyi rolunu oynayacaq.