Füzuli RİH-də şəhid ailələrinə orden və medallar təqdim edilib - Foto

Füzuli RİH-də şəhid ailələrinə orden və medallar təqdim edilib - Foto

İyulun 7-də Füzuli Rayon İcra Hakimiyyətində şəhid ailələrinə orden və medalların təqdimetmə tədbiri keçirilib.

“Qanunyolu.info.az” xəbər verir ki, tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, SHXÇDX-nin Füzuli rayon şöbəsinin rəisi, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və KİV nümayəndələri iştirak edib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Füzuli RİH-də şəhid ailələrinə orden və medallar təqdim edilib - Foto

Sonra çıxış edən RİH başçısı Alı Alıyev, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun 44 gün davam edən Vətən müharibəsində qələbə qazanaraq işğal altında olan torpaqlarımızı düşməndən azad etdiyini bildirib. Qeyd edilib ki, şəhid və qazi ailələrinə dövlət tərəfindən daim yüksək diqqət və qayğı göstərilir.
Füzuli RİH-də şəhid ailələrinə orden və medallar təqdim edilib - Foto

Füzuli RİH-də şəhid ailələrinə orden və medallar təqdim edilib - Foto

Bundan sonra şəhid ailələrinə medal və ordenlər təqdim olunub. Belə ki, kiçik miçman Zalov Fəqan Amil oğlunun “Vətən müharibəsi qəhrəmanı” medalı (ölümündən sonra), miçman Məmmədov Vüsal Qüdrət oğlunun “Qarabağ Ordeni” (ölümündən sonra) ailələrinə təhvil verilib.

Allah rəhmət eləsin cəmi şəhidlərimizə!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter