Naftalanda şəhid ailələri və qazilərə medallar təqdim olunub - Foto
- 26.06.2021, 12:30,
- Sosial / Xəbər
Baxılıb: 35
Facebook
Вконтакте
Одноклассники
Google+
Naftalanda şəhid ailələrinə və qazilərə medallar təqdim olunub. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 15 dekabr 2020-ci il tarixli Sərəmcamına əsasən, şəhid Quliyev Bəhruz Firuz oğlu, Adıgözəlov Fərid İlqar oğlu, Cəfərov Elyəddin Zöhrab oğlu “Vətən uğrunda” medalları və 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Qurbanov Qurban Pənah oğlu, Təmirəzov Ruhin Nofəl oğlu “Cəsur döyüşçü” medalları ilə təltif olunublar."Qanunyolu.info.az" xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan təqdimetmə mərasimində şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin valideynləri ilk öncə Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirələrinə dualar oxuyublar. Sonra tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə icra başçısı Vüqar Novruzov çıxış edib: "Bu tarixi qələbə Ulu Öndərin əsasını qoyduğu, dövlət başçımızın uğurla davam etdirdiyi daxili və xarici siyasətin nəticəsidir. Bu bir daha ölkəmizdə torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, qazilərimizə dövlətimiz və Ali Baş Komandanımız tərəfindən göstərilən diqqət və qayğının yüksək təzahürüdür".
Medallar şəhidlərin valideynlərinə və qazilərə təqdim olunub.
