Nazir diaspor üzvləri ilə görüşdü

  • 26.05.2021, 23:00,
  • Siyasət
  • Baxılıb: 27
Nazir diaspor üzvləri ilə görüşdü

Avstriyaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Avstriyadakı Azərbaycan diasporunun üzvləri ilə görüşüb.

"Qanunyolu.info.az" xəbər verir ki, XİN-dən verilən məlumata görə, nazir diaspor üzvləri ilə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti, ölkəmizin 30 ildə yaxın müddət ərzində münaqişənin sülh yolu ilə həllli istiqamətində səylər göstərməsi və Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində bu səylərin heç bir nəticə verməməsi barədə danışıb.

Ermənistanın təxribatlarına cavab olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyi fəxarətlə vurğulanıb.

44 günlük Vətən müharibəsi dövründə diaspor üzvlərimiz tərəfindən sərgilənən həmrəyliyin təqdirəlayiq olduğu diqqətə çatdırılıb və bu həmrəyliyin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Nazir diaspor üzvləri ilə görüşdü
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter