2 dəfə əlillik verilən şəxs niyə üçüncüdə imtina cavabı alıb?

2 dəfə əlillik verilən şəxs niyə üçüncüdə imtina cavabı alıb?

“Son 10 il ərzində çox ağır xəstəliklərlə üzləşmişəm. İki dəfə xəstəliyimə görə mənə 2-ci qrup əlillik verilib. İndi üçüncü dəfə onlayn formada müraciət etsəm də, cavab gecikdirilir”.

Bu şikayətlə "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən 63 yaşlı vətəndaş Tofiq Xanlar oğlu Məhərrəmov müraciət edib.

O bildirib ki, sənədləri bu ilin 8 fevral tarixində 16 saylı Poliklinika tərəfindən onlayn qaydada aidiyyatı üzrə göndərilib. Şikayətçinin sözlərinə görə, əgər növbəti əlillik təyinatı yubansa, vəziyyəti bir az da ağırlaşacaq:

“Mənim xəstəliklərimlə tanış olanlar çoxdan o dünyada olmalı olduğumu bildirirlər. Sağalmağı ağlıma gətirmirəm, ömrümün son günləri olduğunu dərk edirəm. Öz canımın hayındayam. Bundan sonra mənim müalicə almağım da mümkün deyil”.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən müraciətlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxlayıb.

Agentlikdən bildirilib ki, Məhərrəmov Tofiq Xanlar oğluna məxsus 16 nömrəli Şəhər Poliklinikasından bu ilin fevral ayının 5-də Əlillik Altsisteminə daxil edilən 0085003AADM8 nömrəli “forma 88”ə əsasən 15.02.2021-ci il tarixində qərar verilib. Şəxsin stasionar müalicə müddəti yetərli olmadığı üçün müraciətə imtina cavabı verilib.
2 dəfə əlillik verilən şəxs niyə üçüncüdə imtina cavabı alıb?

2 dəfə əlillik verilən şəxs niyə üçüncüdə imtina cavabı alıb?
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter