Doğmalarımızın gələ bilmədiyi anda aparatlarla dolu otaqda tək qalmaq...

Doğmalarımızın gələ bilmədiyi anda aparatlarla dolu otaqda tək qalmaq...












Bütün çağırışlara baxmayaraq artıq ölkəmizdə gündəlik olaraq koronavirusa yoluxma hallarının sayı sürətlə artır və ötən gün bu rəqəmin 600-ə çatdığı müşahidə olunur. Son statistikaya əsasən aktiv xəstələrdən hazırda 168 nəfəri reanimasiyadadır və onlardan da 32 nəfəri süni tənəffüs aparatına qoşulub.

Anestezioloq-reanimatoloq Kəmalə Namazova da "Qanunyolu.info.az", “Qafqazinfo”ya istinadən müsahibəsində bildirmişdi ki, son günlər vəziyyəti ağırlaşmış xəstələrin sayı çoxalıb və onların əksəriyyəti süni tənəffüs aparatına qoşulub. Onlara su çox verəndə həm qusma refleksi ola bilər deyə belə xəstələr ancaq üzü üstə uzanır. Bundan başqa, diafraqmanın qalxması nəticəsində tənəffüs çatışmazlığı dərinləşə bilər.

Sosial şəbəkələrdə süni tənəffüs aparatları ilə işləyən əcnəbi bir tibb bacısının bu prosesi qələmə aldığı məqalə hamı üçün həyəcan siqnalı olub. O, müraciətində bu aparatda olmağın nə olduğunu başa düşməyən, hələ də çölə çıxmaq və ya işə getməklə bağlı tərəddüdləri olan insanlara səslənərək bunları deyib:

“Narkoz altında iki və ya üç həftə hərəkət etməyərək əksər hallarda üzüaşağı, ağzınızda bir boru ilə yatırsınız. Xəstə danışa bilmir, yemir, ümumiyyətlə, gündəlik hərəkət qabiliyyətini itirir. Sadəcə həmin aparat onu həyatda saxlayır. Prosesin xəstəyə verdiyi həm fiziki, həm də mənəvi ağrısını azaltmaq üçün həkimlər keyidici vasitələrdən istifadə etmək məcburiyyətindədir.

Maye qəbul etmək üçün mədəyə boru taxılır, təbii ehtiyaclarını ödəmək üçün ombaya torba yapışdırılır.

Sevdiyiniz insanların sizi ziyarətə gələ bilmədiyi bir zamanda aparatlarla dolu otaqda tək qalırsız.

Bunu bir növ yalançı koma da adlandırmaq olar. Müalicədən 20 gün sonra gənc bir adam əzələ kütləsinin 40%-ni itirir. Səs telləri zədələnmiş olur, bundan başqa, ağciyər və ürəkdə də fəsadlar müşahidə olunur.

Yaşlı və immuniteti zəif insanların müalicəyə dözə biməyib dünyasını dəyişməsi əsasən bu səbəbdəndir. Bu, qrip deyil. Sadaladıqlarımı yaşamaq istəmirsinizsə, risk almayın.

Yenə də maska taxmağın yorucu və utancverici olduğunu düşünürsən?”
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter