Səidə Haqverdiyevanın həbsi tələb edilir
- 17.02.2026, 16:00,
- Kriminal / Mədəniyyət
Baxılıb: 12
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Dövlət Kukla Teatrının keçmiş quruluşçu rejissoru Səidə Haqverdiyeva xüsusi ittiham qaydasında məhkəməyə verilib.“Qanunyolutv.az” xəbər verir ki, hazırda həbsdə olan
hakim Elsun Əhmədovun qardaşı Əfsun Əhmədov və həyat yoldaşı aktrisa Nərmin Əhmədova onun cinayət məsuliyyətinə cəlb edilməsini tələb ediblər.
Səidə Haqverdiyevanın vəkili Asim Abbasov bildirib ki, hazırda şikayət ərizəsində bir sıra nöqsanlar olduğundan onların aradan qaldırılması üçün məhkəmə prosesləri bir neçə dəfə təxirə salınıb: “Səidə xanım mətbuatdakı çıxışında Nərmin Əhmədova haqqında fikirlərini bildirib. Həmçinin bəzi media subyektləri özləri N.Əhmədovanın həyat yoldaşı Əfsunun Mədəniyyət Nazirliyi ilə əməkdaşlığı haqqında araşdırmalar edib, məlumatlar yayıb. Onun fəaliyyəti haqqında edilmiş araşdırmaların bizə hər hansı aidiyyəti yoxdur”.
Nərmin və Əfsun Əhmədovlar Səidə Haqverdiyevanın Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148 (təhqir) maddələri ilə təqsirləndirilməsini istəyiblər.
Şikayət Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədovun icraatına verilib. Məhkəmə iclasları 2 dəfə təxirə salınıb.
Qeyd edək ki, yuxarıdakı maddələr üzrə təqsirli bilinən şəxslər azadlıqdan məhrumetmə, islah işləri və ya cərimə cəzasına məhkum edilə bilərlər.
