Səlim Müslümovun milyonluq evi və obyekti satılır
- 02.02.2026, 12:30,
- Kriminal
Baxılıb: 14
Facebook
Вконтакте
Одноклассники
Google+
27 milyon manatlıq mənimsəmədə təqsirli bilinən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş evi və obyekti satışa çıxarılır.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, iki əmlakın ümumi satış qiyməti 1 milyon 376 min manat təşkil edir.
- Yasamal rayonu, Mirzə İbrahimov küçəsində 370,4 kv.m sahəsi olan yaşayış evi, satış qiyməti: 926 250 manat;
- Səbail rayonu, Azadlıq prospektində qeyri-yaşayış sahəsi, satış qiyməti: 450 000 manat.Ümumilikdə isə sabiq nazirin 20 milyon manatlıq əmlakı dövlət nəfinə müsadirə edilib. Ötən ay da 490 min manata iki mənzili satışa
çıxarılıb.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunmuşdu. Dövlətə dəymiş ziyanın 20 milyon manatdan artıq hissəsi ödənildiyindən ona şərti cəza verilib.