Sabunçu xəstəxanasının həyətində döl tapıldı - Yenilənib

Sabunçu xəstəxanasının həyətində döl tapıldı - Yenilənib

Bakıda xəstəxananın həyətində yarımçıq doğulmuş dölün meyiti tapılıb.

“Qanunyolutv.az” xəbər verir ki, hadisə dünən saat 14 radələrində Sabunçu Tibb Mərkəzinin həyətində qeydə alınıb.

Oradan tapılan 6 aylıq dölün hansı şəraitdə doğulması və oraya necə atılması məlum deyil.

Hazırda faktla bağlı araşdırma aparılır.
****

"Qanunyolutv.az" xəbər verir ki, Sabunçu Tibb Mərkəzindən verilən məlumata görə, dekabrın 4-ü saat 14:30 radələrində Sabunçu Tibb Mərkəzinin ərazisindəki ağaclıq sahədə daxili mühafizə xidməti tərəfindən ölü döl aşkar edilib: “Dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib və əraziyə baxış keçirilib.

İlkin məlumata görə, aşkarlanmış ölü döl 34-36 həftəlik hamiləlik dövrünə uyğundur.

Qeyd edək ki, ölü dölün aşkar olunması faktı ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır”.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter