Sosial şəbəkələrdə naməlum şəxsin paytaxtın Nizami rayonu ərazisində “KİA” markalı avtomobilin şüşəsini sındırması ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
"Qanunyolutv.az" xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlə əmlakı qəsdən məhv etmədə şübhəli bilinən 40 yaşlı Azad Zamanov müəyyən olunaraq saxlanılıb.
Onun barəsində toplanan material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və Azad Zamanov 1 ay müddətinə inzibati qaydada həbs edilib.