Arvadını ağacla döyüb yaraladı, sonra özünü öldürdü - Yenilənib
- 03.07.2025, 15:30,
- Kriminal / Hadisə
Baxılıb: 12
Facebook
Вконтакте
Одноклассники
Google+
Lənkəranda ər həyat yoldaşına xəsarət yetirib, sonra özünü öldürüb.“Qanunyolutv.az” APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Biləsər kəndində baş verib.
Kənd sakini 1973-cü il təvəllüdlü Məzahir Rəcəbov ailə münaqişəsi zəminində həyat yoldaşını, 1978-ci il təvəllüdlü Gülşən Həsənovanı ağacla döyərək xəsarətlər yetirib. Daha sonra o, boğazını kəsərək özünü öldürüb.
Qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
****
"Qanunyolutv.az" xəbər verir ki, hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, bu gün saat 14:30 radələrində Lənkəran rayonunun Biləsər kəndində baş vermiş hadisə nəticəsində 1 nəfər qadın bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.“Zərərçəkənə zəruri ilkin tibbi xidmətlər göstərilib. Müalicəsi Təcili yardım şöbəsində davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir. 1 nəfər kişinin isə həkiməqədər ölüm faktı qeydə alınıb” .
