Toyda zəhərlənənlərin sayı 28-ə çatdı - Yenilənib
- 22.06.2024, 08:30,
- Kriminal / Hadisə
Baxılıb: 4
Facebook
Вконтакте
Одноклассники
Google+
Ağstafada zəhərlənmə faktı qeydə alınıb.“Qanunyolutv.az” APA-ya istinadən xəbər verir ki, hadisə rayonda yerləşən şadlıq sarayında qeydə alınıb.
Belə ki, şadlıq sarayında keçirlilən toy məclisində iştirak edən 7 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
****
Zəhərlənən şəxslərin kimliyi məlum olub.Siyahını təqdim edirik:Ağstafa rayonunun Həsənsu kənd sakini 1995-ci il təvəllüdlü Samir Məmmədli;
Tovuz rayonunun Cəlilli kənd sakini 2008-ci il təvəllüdlü Nihat Həsənov;
Tovuz rayonunun Yuxarı Öysüzlü kənd sakini 2007-ci il təvəllüdlü Nihat Həsənov;
Ağstafa rayonunun Xətai kənd sakini 1999-cü il təvəllüdlü İlham Hüseynov;
Tovuz rayon sakini 1982-ci il təvəllüdlü Sevda Ələsgərova;
Tovuz rayon sakini 2010-cu il təvəllüdlü Sadiq Quliyev;
Ağstafa rayon sakini 1986-cı il təvəllüdlü Könül Quliyeva****
Ağstafada toyda zəhərlənənlərin sayı artıb.“Report”un məlumatına görə, toy mərasimində zəhərlənənlərin sayı 14 nəfərə çatıb.
****
Toy mərasimində zəhərlənənlərin sayı 28 nəfərə çatıb.