Bərdədə toyda kütləvi zəhərlənmə - Yenilənib
- 18.07.2021, 23:00,
- Hadisə / Xəbər
Baxılıb: 38
Facebook
Вконтакте
Одноклассники
Google+
Bərdədə baş tutan toy mərasimlərindən birində kütləvi zəhərlənmə hadisəsi baş verib.“Qanunyolu.info.az” xəbər verir ki, hadisə rayonun Nazırlı kəndində qeydə alınıb.
İlkin məlumata görə, həyətdə baş tutan toy mərasimində 20-yə yaxın şəxs qidadan zəhərlənib.
Onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
****
Bərdədə toyda zəhərlənənlərdən bir neçəsinin adları məlum olub.
“Qanunyolu.info.az” xəbər verir ki, bunlar Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü Səkinə Həsənova, Tərtər rayon sakinləri - 2006-cı il təvəllüdlü Məmmədli Tükəzban Seymur qızı, 1970-ci il təvəllüdlü Məmmədov Seymur Təşkilat oğlu, Bərdə rayon sakinləri - 1974-cü il təvəllüdlü Muradov Ceyhun Məhyəddin oğlu, 1999-cu il təvəllüdlü Muradov Elzamin Hüseyn oğlu, 1944-cü il təvəllüdlü Muradov Məhyəddin Həsən oğludur.