Bakıda qadın həkimə 14 bıçaq zərbəsi vuruldu - Yenilənib
- 05.05.2024, 11:00,
- Kriminal / Səhiyyə
Baxılıb: 9
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının Suraxanı rayonunda ailə məişət zəmnində dava zamanı qadın bıçaqlanıb.“Qanunyolutv.az” APA-ya istinadən xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1973-cü il təvəllüdlü Balabəyova Arzu Bəxtiyar qızı əri ilə mübahisə zamanı bıçaqlanıb. Ona əri ümumilikdə 14 bıçaq zərbəsi vurub. Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktı Suraxanı Rayon Polis 33-cü Polis Bölməsinin əməkdaşları araşdırır.
Qeyd edək ki, Aarzu Balabəyova Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birində həkim işləyir.
****
"Qanunyolutv.az" xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, əməli törətməkdə şübhəli bilinən Arzu Balabəyovanın həyat yoldaşı 1970-ci il təvəllüdlü Fikrət Balabəyov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar davam etdirilir.