Qadın atraksiondan yıxılıb öldü - Xırdalan parkında dəhşət - Yenilənib
- 10.06.2023, 09:30,
- Kriminal / Hadisə
Baxılıb: 4
Facebook
Вконтакте
Одноклассники
Google+
Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.“Qanunyoutv.az” xəbər verir ki, Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Nuriyeva Minayə Rasim qızı iyunun 8-də saat 17 radələrində Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkda hündürlükdən yıxılıb.
Belə ki, 36 yaşlı qadın dairəvi hərəkət edən 5 qoşqudan ibarət, delfin şəkilli karuselin 2-ci qoşqusundan yıxılıb. O, qarının küt travması, daxili qanaxma, qapalı kəllə-beyin travması, alt çənə sınığı, sağ bazunun açıq sınığı, II və III dərəcəli travmatik şok diaqnozu ilə Respublika Klinik Xəstəxanasına daxil olub.
Minayə Nuriyeva dünən saat 07:40-da xəstəxanada vəfat edib.
****
Baş Prokurorluğun Mətbuat xidməti hadisə barədə məlumat yayıb. Bildirilib ki, iyunun 8-i Abşeron rayonu, Xırdalan şəhərində yerləşən parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın atraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.
