69 yaşlı qadın faciəvi şəkildə vəfat etdi - Yenilənib
- 14.09.2022, 11:30,
- Kriminal
Baxılıb: 43
Facebook
Вконтакте
Одноклассники
Google+
Masallı rayonunda qətl törədilib.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, ötən gecə rayonun Hacıtəpə kəndində yaşayan 1953-cü il təvəllüdlü Sona Əlihəsən qızı Əzizova kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib. Az sonra o, qanaxma səbəbindən vəfat edib.
Hadisənin kim tərəfindən və hansı şəraitdə törədilməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
****
Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Sona Əzizova bədbəxt hadisə nəticəsində vəfat edib. Açıqlamaya əsasən, sentyabrın 13-də saat 21 radələrində Masallı rayonunun Ərkivan qəsəbə sakini 1953-cü il təvəllüdlü Sona Əzizova ailə üvləri ilə birlikdə yaşadığı evin həyətində ehtiyatsızlıqdan sürüşüb yıxılması nəticəsində yerdə olan şüşə qırıqlarının bədəninin müxtəlif hissələrinə girməsi nəticəsində xəsarətlər alıb, xəstəxanaya yerləşdirilməsinə baxmayaq orada vəfat edib.
Araşdırma zamanı izahatları alınmış mərhumun ailə üzvləri faktı təsdiq edib.
Faktla bağlı Masallı rayon prokurorluğunda araşdırma davam etdirilir.
