Ermənilərin yaraladığı 7 sakindən ikisi vəfat etdi

  • 01.10.2020, 12:10,
  • Xəbər
  • Baxılıb: 11
Ermənilərin yaraladığı 7 sakindən ikisi vəfat etdi

Ötən gün səhər saatlarından etibarən Ermənistan hərbi birləşmələrinin növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutması nəticəsində yaralanan 7 mülki vətəndaşdan ikisi vəfat edib.

"Qanunyolu.info.az", “Qafqazinfo”-nun Tərtərə ezam olunmuş əməkdaşlarının verdiyi məlumata istinadən, onlar rayonun Dəmirçilər kənd sakinləri 1988-ci il təvəllüdlü İbrahimov Şahin Mahmud oğlu və 1971-ci il təvəllüdlü Əliyev Müzəffər Əli oğludur.

Qeyd edək ki, həlak olan şəxslər qohumdurlar. Belə ki, Şahin İbrahimov Müzəffər Əliyevin yeznəsidir.

Onu da əlavə edək ki, hadisə nəticəsində Ş.İbrahimovun atası 1962-ci il təvəllüdlü İbrahimov Mahmud Qaçay oğlu yaralanaraq xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, ötən gün saat 08 radələrində dövlət qurumlarının inzibati binalarının yaxınlığına top mərmisinin düşməsi nəticəsində 7 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişdi.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter