Oğlunu öldürən atayla bağlı həbs qətimkan tədbiri seçildi

  • 13.03.2020, 17:02,
  • Kriminal
  • Baxılıb: 18
Oğlunu öldürən atayla bağlı həbs qətimkan tədbiri seçildi













Ağcabədi rayonunda qətl törədən şəxs həbs edilib.

Ağcabədi rayon prokurorluğundan "Qanunyolu.info.az",“Qafqazinfo”ya verilən məlumata istinadən, fevralın 11-də rayonun Təzəkənd kənd sakini Tural Cəfərovun qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla cinayətin aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı zərərçəkmişin atası Valeh Cəfərov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

V.Cəfərova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter