Ələt-Astara yolunda saxlanılan maşından 2 kq narkotik çıxdı
- 12.06.2021, 13:30,
- Kriminal
Baxılıb: 30
Facebook
Вконтакте
Одноклассники
Google+
Biləsuvarda ümumilikdə 2 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. DİN Mətbuat Xidmətindən "Qanunyolu.info.az", “Qafqazinfo”-ya verilən məlumata istinadən, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri M.Həsənli və tanışı Ə.Abdullayev sonuncuya məxsus avtomobildə Ələt-Astara yolunun Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindən keçən hissəsində saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Şöbədə onların olduğu avtomobilə keçirilən baxış zamanı oradan 1 kiloqram 860 qram narkotik vasitə heroin və 257 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.