Naxçıvan təmsilçisi yenə xal itirdi - Quba klubu isə 9 oyundur məğlub olmur

  • 02.09.2020, 13:00,
  • İdman
  • Baxılıb: 20
Naxçıvan təmsilçisi yenə xal itirdi - Quba klubu isə 9 oyundur məğlub olmur

FIFA20 1-ci Liqası davam edir. "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, sentyabrın 1-də keçirilən liqanın 29-cu turunda lider Quba növbəti qələbəsini qazanıb. Qobustanla qarşılaşmada 3:1 hesabı ilə üstün olan Rüfət Niftəliyevin komandası ardıcıl 9 oyunda uduzmur. Ümumiyyətlə Quba Tigers komandasının passivində yalnız 1 məğlubiyyət var. Müqayisə üçün qeyd edək ki, bu göstəriciyə görə ikinci yerdə gedən Naxçıvan rəqiblərinə 4 dəfə uduzub. Rüfət Niftəliyevin bu cür stabil oyunu onu rəqiblər üçün əlçatmaz edir.

Turun digər qarşılaşmasında Cavid Qurbanovun Naxçıvan komandası ardıcıl olaraq iki oyunda heç-heçə ilə kifayətləndi. Bu dəfə Cavid Süleyman Quluzadənin rəhbərlik etdiyi Ganja Poets komandası ilə bacarmayıb (1:1). Bu nəticədən sonra Naxçıvan lider Qubadan bir az da uzaqlaşaraq, artıq Rüfət Niftəliyevin komandasından 5 xal geri qalır.

Şəki isə, öz növbəsində, bu turu qələbə ilə bitirib. Ayxan Əliyevin komandası Balaxanı üzərində iri hesablı qələbə qazanıb (4:1) və ikinci yerdə qərarlaşan Naxçıvandan cəmi 3 xal geri qalır.

Qazaxın uğursuzluq seriyası davam edir. Xızıya məğlub olan (2:3) Vahid Əfəndiyevin komandası son 3 oyunda ikinci məğlubiyyətini yaşayıb və hazırda liderdən artıq 13 xal geri qalır. Qarabağ öz oyununu qələbə ilə başa vurub. Tural Həsənovun “atlıları” Azər Əliyev başçılıq etdiyi Qaxdan üstün olub (0:2).

Turun ən qollu qarşılaşması 17-18-ci mövqelərdə qərarlaşan Beyləqan və Zaqatala arasında baş tutub. 4:4 hesabla bitən oyunda Nicat Mustafalı və Fariz Zeynalov qalibi müəyyən edə bilməyib. Bombardirlər yarışında Ayxan Əliyev liderliyini möhkəmləndirib. Aktivində 73 qol olan Ayxan onu izləyən Tural Həsənovu 6 qol qabaqlayır.

Bir-birindən maraqlı oyunları canlı olaraq həftənin 6 günü 12:00-dan 17:00-dək GLAHUB youtube kanalında və 16:00-dan 17:00-dək “İdman TV” kanalında izləməyə davam edin. Eyni zamanda FIFA20 1-ci Liqası ilə bağlı bütün məlumatları kiberidmanın yeganə ünvanı olan “Gaming League Azerbaijan” tərəfindən xüsusi olaraq yaradılmış fifa.gla.az veb-saytından əldə edə bilərsiniz.

Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İdman TV, Azərbaycan Kiber İdman Federasiyası, Gaming League Azerbaijan (GLA) və Topaz-ın birgə təşkilatçılığı, BirBankın baş sponsorluğu ilə keçirilən FIFA20 1-ci Liqasına sentyabrın 11-də yekun vurulacaq.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter