Bakıda binada yanğın olub - Video + Yenilənib

Bakıda binada yanğın olub - Video + Yenilənib

Bakının Nizami rayonunda yanğın olub.

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, Nizami rayonunun Bəhruz Nuriyev küçəsində yerləşən yaşayış binasında yanğın baş verib. Yanğın binanın zirzəmisində başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və yanğınsöndürmə briqadaları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

***

Fövqəladə Hallar Nazirliyindən "Qanunyolu.info.az", "Qafqazinfo"ya verilən məlumata istinadən, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən yaşayış binasının zirzəmisində karton tullantıları və təsərrüfat ləvazimatları 15 m² sahədə yanıb.

Zirzəmi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter