Daha bir kütləvi zəhərlənmə - 8 qadın xəstəxanaya aparılıb
- 04.07.2022, 14:00,
- Hadisə / Səhiyyə / Xəbər
Baxılıb: 43
Facebook
Вконтакте
Одноклассники
Google+
Saatlı rayonunda kütləvi zəhərlənmə olub.“Qanunyolutv.az” xəbər verir ki, rayonun Nərimankənd kəndində fermer Lətifşah Qəhrəmanova məxsus pambıq sahəsində zəhərlənən 8 qadın Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlara kimyəvi maddədən zəhərlənmə diaqnozu qoyulub və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Zəhərlənən şəxslər bunlardır:Nurəngiz Şövkətova – 1985
Zilan Şövkətova – 2007
Səlamət Qəhrəmanova – 1961
Arzu Qəhrəmanova – 1987
Zamirə Qhərəmanova – 1988
Aygün Şəvgiyeva – 1995
Ayşəgil Qəhrəmanova – 2000
Rusiya vətəndaşı Dilbər Qəhrəmanova – 1995.Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, ötən gün Bakı şəhər Nəsimi rayonunda yerləşən "Bolmart" supermarketində də kütləvi zəhərlənmə qeydə alınıb.