Rusiyada mehmanxanada partlayış - 1 ölü, 5 yaralı + Yenilənib

Rusiyada mehmanxanada partlayış - 1 ölü, 5 yaralı + Yenilənib

Rusiyanın Krasnodar diyarının Gelencik şəhərində yerləşən mehmanxanada partlayış baş verib.

“Qanunyolu.info.az” Krasnodar diyarının fövqəladə qüvvələrinə istinadən xəbər verir ki, qaz partlaması nəticəsində 1 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb.

Hazırda insidentin səbəbi araşdırılır.
****

Əldə olunan yeni məlumatlara görə, Gelencikdə mehmanxanada baş vermiş partlayış zamanı 5 nəfər yaralanıb. Onlardan dördü reanimasiyadadı.

Binadan ümumilikdə 50 nəfər təxliyyə olunub. Həlak olan şəxs isə partlayış zamanı küçədə olub.
****

Rusiyanın İstintaq Komitəsi partlayış nəticəsində 1 nəfərin həlak olması, 5 nəfərin isə yaralanması ilə bağlı cinayət işi başladıb.

Hadisə yerində axtarış-xilasetmə işləri başa çatıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter