Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin (VMƏKİB) növəti dəfə şəhid ailələrinə və qazilərimizə "Novruz" sovqatı

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin (VMƏKİB) növəti dəfə şəhid ailələrinə və qazilərimizə "Novruz" sovqatı

Bu gün adət-ənənəmiz olan "Novruz" bayramı münasibətilə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi növbəti dəfə xeyriyyə tədbiri keçirdi.

Tədbir VMƏKİB-nin təşkilatçılığı ilə "Benilüks" Azərbaycanlıları Konqresi, Xmen firması və Novamed Klinikasın dəstəyi ilə İB-in baş ofisinin qarşısında təqdirəlayiq bi görüşlə yadda qaldı. Tədbirdə ilk öncə İB-in sədr müavini Məcid Məmmədov çıxış edərək, tədbir iştirakçılarını, şəhid ailələrini, qazilərimizi, tədbirə gələn qonaqları salamladı və onları bayram münasibətilə təbrik edib, xoş sözlərini çatdırdı.
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin (VMƏKİB) növəti dəfə şəhid ailələrinə və qazilərimizə "Novruz" sovqatı

Sonra tədbirdə gələn qonaqlar iştirak etdilər. Onlarda öz növbələrində iştirakçılara bayram arzularını çatdırdılar. İştirakçılar arasında qazilərimiz, əlillərimiz, şəhid analarımız da Cənab Ali Baş Komandanımıza, xalqımıza, millətimizə öz ürək sözlərini deyib, təbrik etdilər.
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin (VMƏKİB) növəti dəfə şəhid ailələrinə və qazilərimizə "Novruz" sovqatı

Bəli, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi (VMƏKİB) həmişə qazilərimizlə, şəhid ailələrimizlə, əlillərimizlə maraqlanır, onların problemlərini dinləyir və həlli istiqamətində layiqli addımlar atırlar. VMƏKİB-nin üzvləri həmişə qazilərimizin, şəhid ailələrinin yanında olacağına, onların hər hansı bir problemi yaranarsa dərhal o problemləri aradan qaldırmaq üçün hər zaman olduğu kimi əllərindən gələni edəcəklərinə söz verdilər.
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin (VMƏKİB) növəti dəfə şəhid ailələrinə və qazilərimizə "Novruz" sovqatı

Tədbirdə daha sonra İB-in üzvləri olan Binəqədi rayon üzrə sədr Yasəmən xanım Qəyyumlu, icraçı direktor Zamin Zeynal və başqaları da çıxış edərək deyilən təbriklərə qoşularaq, daima qazi, şəhid ailələrinin və əlillərimizin yanında olmalarını vurğuladılar.

Çıxışlardan sonra təxminən 150 nəfərlik bayram sovqatları şəhid ailələrinə, qazilərimizə, əlillərimizə İB-in üzvləri tərəfindən paylanıldı. Bir məqamı da nəzərinizə çatdırmağı özümə borc bilərək qeyd etmək istəyirəm ki, tədbirin sonunda mənim diqqətimi cəlb edən bir imkansız, xəstə, yaşlı bir Ana Məcid müəllimə yaxınlaşaraq ondan kömək, dəstək istədi. Məcid müəllim isə ananın yalvarışına tez reaksiya verərək onu sakitləşdirdi və anaya da bayram sovqatı verib, taksiylə ünvanlarına yola saldı. Baxın budur Vətənpərvərlik! Budur insanlara qayğı, diqqət və dəstək!!!
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin (VMƏKİB) növəti dəfə şəhid ailələrinə və qazilərimizə "Novruz" sovqatı

P.S. Məndə "Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq kollektivimiz adından adından başda Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədri Qurban Məmmədov olmaqla birliyin bütün fədakar və işgüzar üzvlərinə bu xeyirxah əməllərində daima uğurlar, yeni-yeni müvəffəqiyyətlər və gələcək işlərində nailiyyətlər arzulayıram. Birdə fürsətdən istifadə edərək İB-in bütün kolletivini qarşıdan gələn "Novruz" bayramı münasibətilə təbrik edirəm. Qoy bu təravətli Novruz bayramı süfrənizi ruzi, qəlbinizi isə xoş hisslərlə doldursun. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, umidləriniz gərçək olsun!
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin (VMƏKİB) növəti dəfə şəhid ailələrinə və qazilərimizə "Novruz" sovqatı

Azərbaycanın Milli Bayramı “Novruz Bayramı”nız Mübarək!

"Qanunyolu.info.az" Təsisçi və baş redaktor
Arif Süleymanlı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter