Azərbaycanlı ekspert Mahir Qurbanov Argentina telekanalında Naxçıvana dron hücumu barədə çıxış etdi

Azərbaycanlı ekspert Mahir Qurbanov Argentina telekanalında Naxçıvana dron hücumu barədə çıxış etdi

İspandilli ölkələr üzrə mutəxəssis, ekspert
Mahir Qurbanov


İspandilli ölkələr üzrə mutəxəssis Mahir Qurbanov, Argentinanın dövlət kanalı C5N - də İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilməsi ilə bağlı detallı şəkildə canlı yayımda çıxış edib.

"Qanunyolutv.az" xəbər verir ki, çıxış zamanı Mahir Qurbanov Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövlətinin pilotsuz uçuş aparatları ilə atəş altına salınması, atəşin hədəfləri mülki obyektlərin olması, habelə Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən atəşə məruz qalmısa barədə ətraflı məlumat vermişdi.

Bununla bağlı martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilməsi haqqında da Mahir Qurbanov bildirib.

İspandilli ölkələr üzrə mutəxəssis, ekspert Mahir Qurbanov onu da qeyd edib ki, Azərbaycan Dövləti nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək. Bunu hər zaman Prezident İlham Əliyev vurğulayıb. Bu mövqe, Prezident İlham Əliyev qeyd etdiyi kimi Azərbaycanın mövqeyisidir.

Canlı yayım zamanı, regionda olan aktual vəziyyət haqqında da fikir mübadiləsi aparılıb.

P.S.Sonda məndə "Qanunyolutv.az"-ın rəhbəri olaraq kollektivimiz adından həmyerlimiz, İspandilli ölkələr üzrə mutəxəssis, ekspert Mahir Qurbanova işlərində daima uğurlar və bu çıxışına görə dərin təşəkkürümü bildirirəm.


"Qanunyolutv.az"-ın rəhbəri, AJB-nin üzvü
Arif Süleymanlı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter