Azərbaycan Həmrəylik Komitəsinin (AHK) sədri Əlisahib Hüseynov və komitə üzvləri sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun və Azərbaycanın Əlahiddə Müsəlman Korpusunun paytaxtımızı daşnak-bolşevik işğalından azad etməsinin 106-cı ildönümü münasibətilə Şəhidlər xiyabanına gələrək, türk şəhidlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət edib.
"Qanunyolutv.az" xəbər veriur ki, Azərbaycan Həmrəylik Komitəsinin (AHK) sədri, həmişə dövlətinin, xalqının yanında olan Əlisahib Hüseynov rəhbərlik etdiyi kollektiv ilə şəhidlərimizi dərin hörmət və ehtiramla yad edərək, "Türk şəhidliyi" abidəsinin önünə gül dəstəsi qoyub.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından-qanlarından keçmiş bütün qəhrəman, igid, Vətənpərvər şəhidlərimizin ruhları komitə rəhbəri və üzvləri tərəfindən böyük ehtiramla bir dəqiqəlik sükutla yad edilib.