Numan Kurtulmuş Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar - Yenilənib
- 12.07.2023, 11:00,
- Siyasət
Baxılıb: 3
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 12-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.“Qanunyolutv.az” xəbər verir ki, ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
****
Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 12-də Şəhidlər xiyabanını da ziyarət edib.Qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüblər.
Həmçinin “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Sonra Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə əklil qoyulub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzülüb.
