9 yaşlı istedadlı, bacarıqlı kiçik aktyorumuz Rəsul Fəridoğlu

9 yaşlı istedadlı, bacarıqlı kiçik aktyorumuz Rəsul Fəridoğlu

Rəsul Fəridoğlu

Əziz və hörmətli oxucularımız. Bu dəfə sizlərə 9 yaşlı həvəskar, bacarıqlı, kiçik Rəsul İmaməliyevdən söhbət açacaq və onun haqqında qısaca məlumat verəcəyik. Bəli biz həyatın mənasını övladlarımızda görürük. Məhz onların nəfəsi soyuq evlərimizi isidir. Onların gülüşü bizi xoşbəxt edir. Onlar yaxşı yaşasın deyə gecə-gündüz bilmədən çalışırıq ki, onların arzularını qisməndə olsa reallaşdıraq. Bəzən övladlarımız bizim məsləhət bildiyimiz peşəni, sənəti deyil, öz sevdikləri peşəni, sənəti seçir. Əlbəttə ki, nəyin daha doğru olduğunu onlar böyüdükcə özləri dərk edərək özlərinin gələcək karyeralarını qurmaq üçün addım atırlar. Belə doğru, gələcəyini aktyor kimi görmək istəyən, böyük arenalarda tamaşaçılar qarşısında baş rollarda çıxış edib tamaşaçıların rəğbətini, sevgisini qazanmaq istəyən uşaqlardan biri də İmaməliyev Rəsul Fəridoğludur.

Bəs görək bu kiçik, istedadlı oğlan Rəsul kimdir?

Əziz oxucularımız gəlin kiçik aktyorumuzu daha yaxından tanıyaq. İmaməliyev Rəsul Fəridoğlu 17.05.2015-ci ildə Bakı şəhərində anadan olub. Rəsul 3-4 yaşından demək olar ki, aktyorluq bacarıqlarını üzə çıxarmağa başlamışdır. Əlbəttə o yaşda bir uşağın hərəkətləri ciddiyə alına bilməzdi. Nənə və babası Rəsulu çox istəyirdi. Balaca Rəsul onların yanına gəlib nəyisə başa salmağa çalışırdı. Lakin nənəsi babası yenə də ona əhəmiyyət vermirdilər.
Rəsul böyüdükcə, bu istedad daha qabarıq şəkildə nəzərə çarpırdı. Nə baş verirdi? Yoxsa Tanrı Rəsula qeyri-adi istedad vermişdir və yaxud onu aktyor olmaq üçün yaratmışdır? Bəli-bəli düz eşitdiniz.

Rəsul Fəridoğlu 2021-ci ildə Xətai rayon 63 saylı tam orta məktəbin birinci sinifinə daxil olub müəllimlərinin verdiyi tapşırığı anında yerinə yetirib, əla qiymətlər alırdı. Nəhayət iki il sonra Rəsul oxuduğu məktəbi dəyişərək Zəngilan rayon 28 saylı tam orta məktəbində oxumağa başladı və hal-hazırda həmin məktəbin sakit, ağıllı, əlaçı şagirdlərindən biridir. Bəli, indi deyəcəksiniz ki, 9 yaşında bir uşağı tərifləyir. Xeyir mən heç vaxt heç kimi yalandan tərifləməmişəm, kimin nəyə layiq olduğunu və haqqı yazmışam.

Balaca Rəsulun 9 yaşı olmasına baxmayaraq istedadı ilə həmyaşıdlarından fərqlənir, bir neçə filmdə epizodik rollarda oynamışdır. Bu isə onun istedadlı olmasından xəbər verir. Yaşına görə məncə bu böyük bir uğurdur. Rəsul kimi istedadlı uşaqlardan yazmaq, onu tanıtmaq əlbətdəki biz media əməkdaşlarının borcudur. Rəsula və Rəsul kimi istedadlı balaca dostlarımıza kömək olsaq, mən inanıram ki, gələcəyimiz daha parlaq, daha işıqlı olacaq.

Bəli, Rəsul hətta model olaraq da fəaliyyət göstərəcəkdir. Hələ qabaqda Rəsulu çox böyük nailiyyətlər, yeni-yeni müvəffəqiyyətlər də gözləyir. Biz bu gün Rəsul haqqında yazdığımız bu yazını istəyirik ki, bizdən sonrakılar oxuyarkən görsünlər ki, hər kəs öz gələcəyi üçün uşaqlıqdan əziyyət çəkir, hər hansı zirvəni fəth etmək istəyir. Bununda tək bir yolu var ki, oda qarşında olan bütün maneələri dəf etməkdir. Bizdə inanırıq ki, Rəsul öz hədəflərinə bu maneələri dəf edərək nail olacaq və istəyinə, arzularına çatacaqdır.

P.S. Sonda məndə "Qanunyolutv.az" saytının rəhbəri olaraq kollektivimiz adından Rəsul balamıza həyatda sağlam ömür, xoşbəxt gələcək, daima uğurlar arzulayıram. Rəsul balamızı gələcəkdə böyük arenalarda, səhnələrdə görmək istərdim. Eləcədə tamaşaçılar qarşısında baş rollarda çıxış edərək onların sevgi və rəğbətini qazansın. Ümid edirəm ki, Rəsul bu zirvələrə qalxacaq və bizləri sevindirəcək.

"Qanunyolutv.az"
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter