İşini bacaran və öhtəsindən layiqincə gələn sahibkar

İşini bacaran və öhtəsindən layiqincə gələn sahibkar



















Bu yaxınlarda yolumuzu Novruz bayramı ilə əlaqədar günü-gündən abadlaşan, öz füsünkar gözəlliyi ilə göz oxşayan, insana ruh verən, sənaye şəhəri adlandırılan Sumqayıtdan saldıq.Burada həqiqətəndə baharın gəlişi hiss olunur və insanın ruhu dincəlir.Cənab Prezident İlham Əliyevdə Sumqayıt şəhərini daima diqqət mərkəzində saxlamış, sumqayıtlılara həmişə qayğı göstərmişdir.
Bu gün isə haqqında söhbət açdığımız və müsahibimiz 1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, öz işini bacaran, hər kəsin hörmətini qazanan Bakı-Sumqayıt marşrutunun baş nəzarətçisi vəzifəsində çalışan Məmmədov Ruslan Hümmət ogludur.
Məmmədov Ruslan bir ildir ki, bu işdə fəaliyyət göstərir.Lakin həmsöhbət olduğumuz Ruslan müəllimin bu bir il müddətində nəzarətçi olduğu Bakı-Sumqayıt marşrut xəttində əvvəlki illlərə nisbətən xeyli işlər gördüyünün şahidi olduq.Burada sürücülər arasında nizam-intizam, səmimiyyət, sərnişinlərlə nəzakətli davranış qaydaları, marşrutların vaxtı-vaxtında xəttə buraxılması məhz Ruslan müəllimin səyi nəticəsində bərpa olunmuşdur.Ruslan müəllimin idmanla məşğul olduğuda diqqətimizdən yayınmadı və məlum oldu ki, bəli o, həqiqətəndə 1996-cı ildən 2000-ci ilədək boks idman növüylə məşğul olmuşdur.
İşini bacaran və öhtəsindən layiqincə gələn sahibkar











Ruslan.M söhbət əsnasında onu da qeyd etdi ki, Sumqayıt-Bakı birinciliyində iştirak etmiş, 2-3 turnirlərdə də 2-ci, 3-cü yerlərin qalibi olmuş və müxtəlif diplomlarla təltif olunmuşdur.Məmmədov Ruslan işlədiyi bu az müddətdə sürücülərin və sərnişinlərin rəğbətini, sevgisini məhz özünün sadəliyi ilə qazanmışdır.
Sonra müsabimiz bizə Cənab Prezidentimizin ölkəmizdə sahibkarlara göstərdiyi diqqət və qayğıya görə də rəhbərlik etdiyi kollektivi adından dərin təşəkkürünü bildirərək, eləcədə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova şəhər sakinlərinə, təhsilə, səhiyyəyə, mədəniyyətə, idmana, ölkə başçımızın göstəriş və tapşırıqlarına əsasən sahibkarlara göstərilən diqqətə görə də minnətdarlığını bildirməyi unutmadı.
Əlavə olaraq müsahibimiz Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev başda olmaqla, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı cənab Zakir Fərəcovu eləcədə Azərbaycan xalqını Bahar bayramı münasibətilə təbrik etdi və ölkəmizdə daima sülh-əminamanlıq olmasını arzuladı.
Sonda məndə fürsətdən istifadə edərək ” Qanunyolu.info.az” xəbər portalının rəhbəi olaraq kollektivimiz adından bu xoş, səmimi təbrikə qoşularaq Ruslan Məmmədovu, onun ailəsini və rəhbərlik etdiyi kollektivi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, onlara ruzi-bərəkət, sevinc dolu günlər, yeni-yeni müvəffəqiyyətlər və ugurlar arzulayıram.
İşini bacaran və öhtəsindən layiqincə gələn sahibkar










Məmmədov Ruslan ailəlidir.2 övladı vardır.
TANRI SİZLƏRİ QORUSUN!
Materialı hazırladı: ” Qanunyolu.info.az” xəbər portalının rəhbəri Arif süleymanlı
Baş redaktorun 1-ci müavini Səbinə Muxtar qızı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter