Abşeron RİH-nin başçısı İradə Gülməmmədova Cənab Prezident İlham Əliyevin etimadını daima doğruldub

Abşeron RİH-nin başçısı İradə Gülməmmədova Cənab Prezident İlham Əliyevin etimadını daima doğruldub

















Gülməmmədova İradə Akif qızı 01.10.1962-ci ildə Şuşa şəhərində anadan olmuşdur.1985-ci ildə N.Nərimanov adına ADTİ-nin "Pediatriya" fakültəsini bitirmişdir.Əmək fəaliyyətinə 1986-cı ildə Bakı şəhər 6 saylı Uşaq xəstəxanasında həkim"pediatr-interna" kimi başlamışdır. 1986-1995-ci illərdə Balakən rayon xəstəxanasında həkim "pediatr-neonotoloq", 1995-2006-cı illərdə Abşeron rayon İH-də başçının 1-ci müavini vəzifəsində çalışmışdır. 02 sentyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin 1392 saylı sərəncamı ilə İradə Akif qızı Gülməmmədova Abşeron RİH-nin başçısı vəzifəsinə təyin edilmişdir. Abşeron rayonunun sosial-iqtisadi inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli sərancamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.1998-ci ildən YAP-nın üzvüdür. Abşeron rayonunda sosial-iqtisadi inkişaf dinamik xarakter alıb.Abşeron RİH-nin başçısı İradə xanım Gülməmmədovanın Cənab Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin effektiv icrası baxımından fəaliyyəti yüksək qiymətləndirilir. Bilirik ki, ölkəmiz müstəqil olduqdan sonra ugurlu strateji addımlara start verilib. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev yaddaqalan mühüm islahat proqramlarına ciddi nəzər yetirir. Dövlət başçısının bu istiqamətdə həyata keçirdiyi islahatlar Azərbaycan iqtisadiyyatının yeni dövrünün inkişafına təməl yaradır. Bu hüquqi və siyasi islahatların davamıdır, həmdə bölgələrdə də özünü aydın xarakterizə edir. Abşeron rayonunda da bu zəruri prioritetlər vətəndaş-cəmiyyət müharibəsinə müsbət təsir göstərir. RİH-nin başçısı İradə xanım ölkədəki inkişafla baglı rayonda keçirdiyi islahatlar ictimayyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Bütün bunlar xanım başçının apardığı iqtisadi islahatların sosial əsası və kadr bacarığı kimi təzahür edir. Son vaxtlar Abşeron rayonunda əsaslı və dinamik inkişaf var. Ölkə rəhbərinin göstərişi və tövsiyyələri Abşeron RİH-nin başçısı İradə xanım Gülməmmədova tərəfindən operativ və dəqiqliklə yerinə yetirilir. Nəticədə isə rayon sürətlə gözəlləşir və göz oxşayır. Bu isə o deməkdir ki, kadr məsuliyyət hiss etdikdə dövlətçilik işlərində də sürətli inkişaf yaranır. Qeyd edim ki, İradə xanım işlədiyi bu illər ərzində özünə hörmət qazanan xanım başçılar dan biridir.Dogrudan da, ictimaiyyətin böyük dəyər verdiyi İradə xanımın əməli işlərində dürüst yanaşma, qaygı və diqqətkeşlik normaları məna tapır.İradə xanım ona görə el içində uca görünür ki, bütün səy və bacarığını əhalinin yaşam tərzinə, rəhbərlik etdiyi rayonun əsaslı inkişafına sərf edir. Onun rəhbər oldugu rayonda ictimaiyyətin problemləri ilə şəxsən özü maraqlanır və problemlərin aradan qaldırılması üçün ciddi tapşırıqlar verir.
Abşeron rayonu üçün gördüyü işlərə gəldikdə isə belə qənaətə gəlmək olur ki, İradə xanım dövlətə, dövlətçiliyə lazımlı kadrdır.Onun zəhmətə bağlılığı, xeyirxahlığı, əhaliyə sonsuz sevgisi gördüyü işlərin bariz nümunəsidir.
Xanım başçının işindəki milli hiss isə Abşeron əhalisinin daima diqqət mərkəzindədir. İradə xanım Gülməmmədova qəbuluna gələn hər bir vətəndaşı çox səmimi qarşılayır, onlara böyük ehtiram göstərir. Bu da vətəndaşların ona qarşı olan sevgisini daha da artırır. Abşeron rayonunda regionların sosial-iqtisadi inkişafına diqqətin artırılması da vacib məsələ kimi diqqət çəkir. Rayonda aparılan yenidənqurma işləri, həyata keçirilən iri miqyaslı layihələr Cənab Prezident tərəfindən qarşıya qoyulmuş vəzifələrin həllinə istiqamətlənibdir. Rayon ərazisində sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması, daxili imkanlardan istifadə etməklə saglam biznes mühitinin formalaşdırılması, keçirilən tenderlərdə şəffaflığın təmin edilməsi, sahibkarlığın inkişafı və əhalinin işgüzar fəaliyyətinin artırılması üçün münbüt şəraitin yaradılması və.s kimi hallar Abşeron əhalisinin dövlətçilik işindəki rolunu artırır. Bəli biz də əbəs yerə demirik ki, "inkişaf gerçək qayğının təzahürüdür".Məhz elə bu mənada Abşeron RİH-nin başçısı İradə xanım Gülməmmədova Cənab Prezidentin etimadını doğruldub.Əhali ilə səmimi, mehriban münasibətləri oldugu üçün İradə xanımın qəbuluna sakinlər inam hissi ilə gəlirlər. Çünki yaxşı bilirlər ki, xanım başçı onların fikirlərini dinləyir, problemləri ilə dərindən maraqlanır və dərhal bu istiqamətdə müxtəlif tədbirlər görür, lazımı göstərişlər verir. Abşeron RİH-nin başçısı mütəmadə olaraq Abşeron rayon kənd və qəsəbələrində sakinlərlə səyyar görüşlər keçirir. Dünya müsəlmanlarının sevinclə gözlədikləri və böyük təmtəraqla qeyd etdikləri müqəddəs Qurban bayramı hər il Abşeron rayonunda geniş şəkildə qeyd olunur.
Bu bayramda rayon rəhbəri İradə xanım Gülməmmədovanın adından Abşeron RİH-nin əməkdaşları müsəlman aləminin müqəddəs Qurban bayramı münasibətilə əlil və şəhid ailələrini, bir qrup aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünləri, Çernobıl əlillərini, həmçinin Qarabağ və Əfqanıstan müharibəsi veteranlarını təbrik edib onlara bayram sovqatı verirlər.Bu qaygı və diqqətə görə də sakinlər xanım başçıya öz dərin minnətdarlıqlarını bildirirlər. Abşeron rayonunda abadlıq- quruculuq işləri sürətlə inkişaf etdirilir.Əhalinin elektrik enerjisi, təbii qazla təchizatı, su və kanalizasiya sistemi, asfalt örtüklərinin çəkilməsi istiqamətində xeyli işlər görülmüşdür.Onu da qeyd edim ki, rayonun daxili imkanları hesabına Xırdalan şəhərində Məhəmməd Fizuli, Yusif Məmmədəliyev, H.Z.Tagıyev, Səttar Bəhlulzadə küçələri yenidən qurulmuşdur.Masazır, Novxanı kəndlərində, Güzdək, Mehdiabad, Ceyranbatan qəsəbələrində daxili imkanlar hesabına küçələr abadlaşıb, işıq dirəkləri yenilənib, parklar salınlbdır.Saray qəsəbəsində şəhidlərin xatirəsinə abidə ucaldılıb, şəhidlər parkı yenilənibdir.Masazır kəndində H.Əliyev və Z.Əliyeva adına küçələrin yenidən qurulması istiqamətində işlər görülübdür.
Eləcədə rayonun kənd və qəsəbələrində yaşayan sakinlərlə İradə xanım tez-tez görüşür və əhalinin qarşılaşdığı problemləri, çatışmamazlıqları aradan qaldırır.Bir sözlə, rayonda gedən sosial-iqtisadi inkişaf günü-gündən sürətlənir, layiqli həllini tapır və Abşeron gözəlliklər şəhəri kimi diqqəti cəlb edir. Bu isə RİH-nin xanım başçısı İradə Gülməmmədovanın gözəl Abşerona, onun sakinlərinə göstərdiyi qaygı və verdiyi tövhələrdir. Son illər Azərbaycanın bölgələrində oldugu kimi Abşeronun da kənd və qəsəbələrində küçələr, yollar abadlaşır və yenilənir, parklar salınır, yerlərdə quruculuq - abadlıq işləri sürətlə, səngimədən davam etdirilir.Rayon əhalisi də bu gedən proseslərdə həvəslə iştirak edir və hər zaman oldugu kimi İradə xanıma bu xeyirxah əməllərinə görə minnətdar olduqlarını bildirirlər.Rayonun təhsil, mədəniyyət, səhiyyə və digər sahələrindəki əsaslı inkişafda Abşeronda aparılan quruculuq işlərinin bariz nümunəsidir.İradə xanımında bu sahələr daima nəzarətindədir. Abşeron rayonunda hər il oldugu kimi bu ildə 1 iyun uşaqların Beynəlxalq Müdafiəsi günü RİH-nin başçısı İradə xanımın təşəbbüsilə yüksək səviyyədə qeyd olundu.Uşaqların bayramını təbrik edən xanım icra başçısı bildirib ki, ölkəmizdə uşaqlara dövlət səviyyəsində yüksək qaygı və diqqət göstərilir.Azyaşlıların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən siyasətin əsasını Ulu Öndər H.Əliyev tərəfindən qoyulduğunu deyən başçının sözlərinə görə, məhz həmişəyaşar liderin tapşırıq və tövsiyyələrindən sonra uşaqlarımızın problemlərinin həlli tərbiyyə-təhsil və asudə vaxtlarının səmərəli təşkili həyata keçirildi.Həmin siyasətin bu gündə Cənab Prezident İlham Əliyev tərəfindən ugurla davam etdirildiyini, uşaqlarımızın müdafiəsi istiqamətində çox mühüm sənədlərin imzalandığını, müxtəlif layihələrin həyata keçirildiyini vurğulayan rayon rəhbəri söylədi ki, gələcəyimiz olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların saglam və xoşbəxt böyüməsi üçün hal-hazirda dövlətimiz tərəfindən bütün zəruri tədbirlər görülür. Bəli, həqiqətən də RİH-nin başçısı İradə xanımın həyata keçirdiyi ugurlu islahatlar nəticəsində Abşeron rayonu ölkəmizin ən qabaqcıl və ən inkişaf etmiş rayonlarından birinə çevrilmişdir.Bir sözlə Abşeron şəhəri İradə xanımın səyi nəticəsində günü-gündən abadlaşır və gözəlliyi ilə göz oxşayır. Ümumiyyətlə, Abşeron rayonunda diqqət çəkən sürətli canlanma rəhbər İradə xanımın rayon və əhali üçün gördüyü işlərin, yaratdığı ictimai sabitliyin, diqqət və qaygı keşliyinin, yüksək etimadın bariz nümunəsidir.Əgər bu gün Abşeronda sabitlik və inkişaf, quruculuq, abadlıq yüksək həddədirsə bunu yalnız İradə xanımın rəhbər məsuliyyəti ilə əlaqələndirməliyik. Əminliklə demək olar ki, Abşeron rayonunun sosial-iqtisadi inkişafında, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması bundan sonra da ugurla davam etdiriləcək və bu rayonu ölkəmizin ümumi inkişafına verdiyi dəyərli töhfələr ildən-ilə artacaqdır. Sonda məndə "Qanun yolu. İnfo.az xəbər portalının təsisçi və baş redaktoru olaraq əməkdaşlarımız adından İradə xanıma və onun komandasına bu yolda ugurlar, quruculuq - abadlıq işlərində,xeyirxah əməllərində müvəffəqiyyətlər arzulayıram.
Fürsətdən istifadə edərək İradə xanım Gülməmmədovanı və Onun işgüzar komandasını 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə təbrik edirik!
"YOLUMUZ HEYDƏR YOLUDUR."
MATERİALI HAZIRLADI: ARİF SÜLEYMANLI

Abşeron RİH-nin başçısı İradə Gülməmmədova Cənab Prezident İlham Əliyevin etimadını daima doğruldub
Abşeron RİH-nin başçısı İradə Gülməmmədova Cənab Prezident İlham Əliyevin etimadını daima doğruldub
Abşeron RİH-nin başçısı İradə Gülməmmədova Cənab Prezident İlham Əliyevin etimadını daima doğruldub
Abşeron RİH-nin başçısı İradə Gülməmmədova Cənab Prezident İlham Əliyevin etimadını daima doğruldub
Abşeron RİH-nin başçısı İradə Gülməmmədova Cənab Prezident İlham Əliyevin etimadını daima doğruldub
Abşeron RİH-nin başçısı İradə Gülməmmədova Cənab Prezident İlham Əliyevin etimadını daima doğruldub
Abşeron RİH-nin başçısı İradə Gülməmmədova Cənab Prezident İlham Əliyevin etimadını daima doğruldub
Abşeron RİH-nin başçısı İradə Gülməmmədova Cənab Prezident İlham Əliyevin etimadını daima doğruldub
Abşeron RİH-nin başçısı İradə Gülməmmədova Cənab Prezident İlham Əliyevin etimadını daima doğruldub
Abşeron RİH-nin başçısı İradə Gülməmmədova Cənab Prezident İlham Əliyevin etimadını daima doğruldub
Abşeron RİH-nin başçısı İradə Gülməmmədova Cənab Prezident İlham Əliyevin etimadını daima doğruldub
Abşeron RİH-nin başçısı İradə Gülməmmədova Cənab Prezident İlham Əliyevin etimadını daima doğruldub
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter