ABŞ-da aksiyalar zamanı atışma olub, xəsarət alanlar var

  • 13.12.2020, 09:50,
  • Dünya
  • Baxılıb: 67
ABŞ-da aksiyalar zamanı atışma olub, xəsarət alanlar var

Vaşinqtonda Donald Trampın tərəfdarları ilə əleyhdarları aksiya keçirib.

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, Ağ Evin yaxınlığında keçirilmiş aksiyalar zamanı toqquşmalar olub. Azı 23 nəfər polis tərəfindən saxlanılıb.

Bundan əlavə, Vaşinqton ştatının Olimpiya şəhərində silahlı qruplar arasında atışma olub. Nəticədə 2 nəfər yaralanıb. yaralıların vəziyyəti barədə hər hansı məlumat verilmir. Bir nəfər şübhəli şəxs saxlanılıb.

Qeyd edək ki, Trampın tərəfdarları prezident seçkilərinin nəticələrinə etiraz edirlər. Onlar nəticələrin Co Bayden tərəfindən saxtalaşdırıldığını iddia edirlər.

ABŞ-da aksiyalar zamanı 8 nəfər xəsarət alıb. Onlardan 2-si polis əməkdaşıdır. Saxlanılan 23 nəfərdən isə 6-sı polisə hücumda ittiham olunur.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter