Peskov Putinlə bağlı xəbəri təkzib etdi
- 06.11.2020, 16:30,
- Dünya
Baxılıb: 29
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin xəstəliyi və istefa edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib."Qanunyolu.info.az", “Qafqazinfo”-nun məlumatına istinadən, Kreml rəsmisi yayılan xəbərləri təkzib edib.
“Bütün bunlar cəfəngiyyatdır. Prezidentin səhhətində heç bir problem yoxdur”, - deyə o bildirib.
Qeyd edək ki, Böyük Britaniyanın “The Sun” nəşri Vladimir Putinin Parkinson xəstəliyinə tutulduğunu və bu səbəbdən 2021-ci ilin yanvarında prezident postundan gedəcəyini iddia edib.
Xatırladaq ki, V. Putin dörd dəfə prezident seçilib. İndiki səlahiyyət müddəti 2024-cü ildə bitəcək.