Ərdoğandan İrandakı əməliyyatlara dair - Açıqlama
- 01.03.2026, 08:30,
- Dünya
Baxılıb: 8
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda baş verən son hadisələrlə bağlı açıqlama verib və İrana qarşı hərbi əməliyyatlardan dərin kədər və narahatlıq ifadə edib.“Qanunyolutv.az”-ın xəbərinə görə, Prezident bildirib ki, uzun müddət fikir ayrılıqlarının dialoq və danışıqlar masası arxasında həllinə çalışıblar.
“Busəhərki hücumlar İran xalqının əmin-amanlığına yönələn ciddi bir təhdiddir və biz bunu böyük təəssüf hissi ilə qarşılayırıq. Hər hansı səbəbdən olursa-olsun, körfəzdəki qardaş ölkələrə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumları qəbuledilməz hesab edirik”, - o vurğulayıb.
Ərdoğan diplomatiyanın üstünlük təşkil etməsinin vacibliyini dilə gətirib:“Əgər diplomatiyaya imkan yaradılmasa, bölgəmiz alov halqasına çevrilmək riski ilə üz-üzə qalacaq”.
Prezident həmçinin İslam dünyası və bütün tərəfləri hərəkətə keçməyə çağırıb:“Daha çox qan tökülməməsi, bölgəmizin əlavə çətinliklərlə üzləşməməsi üçün təcili tədbirlər görülməlidir. Ölkəmizin və xalqımızın təhlükəsizliyini ön planda tutaraq, bu həssas prosesi uğurla idarə edəcəyik”.
