Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
- 26.02.2026, 18:30,
- Dünya
Baxılıb: 15
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan əsilli məşhur bloqer Hüseyn Həsənovun Rusiya dövlətinə olan yüz milyonlarla rubl məbləğində vergi borcunu tamamilə ödədiyi məlum olub.“Qanunyolutv.az” TASS-a istinadən xəbər verir ki, bu barədə bloqerin vəkili Mixail Yusupov məlumat verib.
Vəkilin sözlərinə görə, Hüseyn 170 milyon rublluq əsas vergi borcu ilə yanaşı, hesablanmış cərimə və sanksiyaları da daxil olmaqla, ümumilikdə 300 milyon rubl (təxminən 6,6 milyon manat) ödəniş edib.
Qeyd edək ki, dünən Moskvanın Presnenski Məhkəməsində bloqqerə qarşı qaldırılmış cinayət işi üzrə qiyabi məhkəmə prosesi başlayıb. İstintaq materiallarına görə, Hüseyn Həsənov fərdi sahibkar kimi fəaliyyət göstərərək real gəlirlərini gizlədib və büdcədən yayınmağa cəhd edib.
Xatırladaq ki, 2025-ci ilin sentyabrında bloqerin suşi istehsalı ilə məşğul olan sonuncu şirkəti
“Banda Foods” da borcları səbəbindən ləğv edilmişdi. Rusiyanı tərk edən
Hüseyn Həsənov ötən ilin noyabrında ikinci dəfə axtarışa verilmişdi.