İğtişaşlara görə istefa verdi - Yenilənib
- 09.09.2025, 13:00,
- Dünya
Baxılıb: 10
Facebook
Вконтакте
Одноклассники
Google+
Nepalın Baş naziri Şarma Oli ölkədəki kütləvi iğtişaşlar fonunda istefa verib.“Qanunyolutv.az” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Olinin köməkçisi Prakaş Silval açıqlayıb.
Qeyd edək ki, sentyabrın 4-də Nepal rəhbərliyi ölkənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində qeydiyyatdan keçməyən vatsap messenceri, feysbuk və instaqram, eləcə də digər sosial şəbəkələrə məhdudiyyətlər tətbiq edib. Sentyabrın 8-də Katmanduda və digər şəhərlərdə minlərlə etirazçının iştirakı ilə hökumətin bu qərarına qarşı aksiya keçirilib. Aksiyada əsas olaraq gənclər iştirak edib. Etirazlar zamanı baş verən qarşıdurmalarda 19 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb. Məhdudiyyətlər sentyabrın 9-da ləğv edilib.
Bununla belə, bu gün paytaxtda parlament binasının önündə hökumətin istefası tələbi ilə yenidən aksiya təşkil edilib. Etirazçılar ölkə Prezidenti Ramçandra Paudelin iqamətgahına basqın edib və yandırıblar.
****
“Reuters”in məlumatına görə, Nepal prezidenti Baş nazirin istefasını qəbul edib.
