Tbilisidə koronavirus məhdudiyyətlərinə qarşı aksiya

  • 03.04.2021, 22:50,
  • Dünya
  • Baxılıb: 27
Tbilisidə koronavirus məhdudiyyətlərinə qarşı aksiya

Gürcüstanın paytaxtı Tbilisidə koronavirusla mübarizə məqsədilə bir neçə aydır tətbiq edilən gecə küçəyə çıxmağa qadağasına qarşı aksiya keçirilib.

“Qanunyolu.info.az”, “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Tbilisinin Şota Rustaveli prospektində yürüş edən aksiyaçılar daha sonra parlament binasının qarşısına toplaşıblar.

Müxtəlif vətəndaş cəmiyyəti təşkilatları və skiyasi partiya təmsilçilərinin də qatıldığı aksiyada hökumətin koronavirusla mübarizədə təsirsiz siyasət yürütdüyü bildirilib.

Ölkədə COVID-19 vaksinasiyasının uğursuz aparıldığını bildirən çıxışçılar gecə küçəyə çıxma yasağını insan haqlarının pozulması kimi dəyərləndiriblər.

Aksiyaçılar hökumətə ölkədəki koronavirus məhdudiyyətlərini ləğv etmək və həyatın normal dönməsi üçün lazımi addımları atmaq çağırışı ediblər.

Parlament binasının qarşısında prospekti bağlayan aksiyaçılar gecə küçəyə çıxmağ yasağına rəğmən, sabah qədər oradan ayrılmayacaqlarını deyiblər.

Qeyd edək ki, bu günədək ölkədə 283 min 369 koronavirusa yoluxma faktı aşkarlanıb. 3 min 804 nəfər pandemiyanın qurbanı olub.

Ölkədə vaksinasiya prosesinə martın 15-də start verilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter