Koronavirusdan sağalanların sayı ölənlərdən 3-4 dəfə çoxdur - Video

  • 16.04.2020, 21:54,
  • Dünya
  • Baxılıb: 17
Koronavirusdan sağalanların sayı ölənlərdən 3-4 dəfə çoxdur - Video












Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, dünyanın 210 ölkəsində 2 083 607 nəfər koronavirusa yoluxub. Onlardan sağalanların sayı 500 mini keçsə də, ölənlərin sayı 135 minə yaxınlaşır.

Azərbaycanda isə 836 aktiv koronavirus xəstəsi var və onlar xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Xəstələrdən 24-nün vəziyyəti ağır, 27-nin orta ağır, digərlərinin isə stabildir. İndiyə kimi 13 nəfər virus səbəbindən həyatını itirib, 404 nəfər sağalaraq evinə geri dönüb.

ABŞ virusun yayılma sürətinə görə birinci yerdədir. Ölkədə 566 min aktiv xəstə var. İtaliyada isə xəstəliyə görə ölənlərin sayı 21 mini ötüb. Artıq İspaniya da koronavirusa yoluxma sayına görə İtaliya və Çini qabaqlayıb. Ölkədə indiyə kimi 180 min yoluxma halı qeydə alınıb. Almaniyada 134 mindən çox yoluxma faktı olsa da, ölüm sayı digər ölkələrə nisbətən xeyli aşağıdır: 3804 ölüm. Həmçinin, ölkədə virusdan sağalanların sayı da yüksək sürətlə artır.

Qonşu Türkiyədə yoluxma sayı artıq 70 minə yaxınlaşır. İranda koronavirusdan sağalanların sayı aktiv xəstə sayından iki dəfə çoxdur. Ölkədə 50 min sağalmış, 21 min aktiv xəstə var.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən qlobal pandemiya adlandırılan koronavirusun hazırda dünyada və ölkəmizdə yayılma sürəti ilə bağlı video hazırlayıb.

Sözügedən videoçarxı təqdim edirik:

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter