İranda koronaviruslu xəstələrin sayı 70 mini ötdü
- 12.04.2020, 19:50,
- Dünya
Baxılıb: 15
Facebook
Вконтакте
Одноклассники
Google+
İranda son sutka ərzində koronavirusa yoluxanların sayı 1 837 nəfər artıb və bununla da, yoluxanların ümumi sayı 70 mini ötüb. "Qanunyolu.info.az",“Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpur məlumat verib.“Ölkədə koronavirusa yeni yoluxma hallarının sayı 1 837-dir. Xəstələnənlərin ümumi sayı 70 029-a çatıb”, - onun sözlərini “ISNA” agentliyi sitat gətirir.
Cahanpur qeyd edib ki, son 24 saat ərzində 125 pasiyent vəfat edib, qurbanların ümumi sayı 4 357 nəfər təşkil edir.
Bundan başqa, 41 947 nəfər sağalıb. Ümumilikdə ölkədə 251 703 koronavirus testi edilib.