Gürcüstanda 11 yaşlı azərbaycanlı qızı nişanladılar - Video
- 08.02.2021, 14:35,
- Cəmiyyət / Xəbər
Baxılıb: 66
Facebook
Вконтакте
Одноклассники
Google+
Gürcüstanın Poniçala (Soğanlı) kəndində yaşayan azərbaycanlı ailəsində 2 azyaşlının nişanlanması sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.Bir ailənin azyaşlı övladına nişan mərasimi təşkil etdiyi anın görüntüləri sosial şəbəkədə yayılıb.
1 həftə öncə çəkildiyi deyilən görüntülər insanların narazılığına səbəb olub. Nişan mərasimində 11 yaşlı qızın ailəsi və qohumları da iştirak edib.
“Qanunyolu.info.az” xəbər verir ki, yayılan məlumatla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də feysbukda paylaşım edib. O qeyd edib ki, sözügedən kənddə 15 yaşlı dayıoğluyla 11 yaşlı bibiqızı nişanlanıb: “Bildiyim qədər, qızlarını bu yaşda “ərə” verib “xoşbəxt” etmək bu kəndin adətidir. Baxın və susun...”- deyə QHT sədri vurğulayıb.